Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Əsas məqsəd əhalinin sağlamlığıdır

11.12.2020


Karantin rejimi tələblərinin təmin edilməsi məqsədi ilə polis və Daxili Qoşunların hərbi qulluqçuları respublikanın bütün şəhər və rayonlarında gücləndirilmiş iş rejimində çalışır.
İnfeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət –profilaktik tədbirlər davam etdirilir. Keçirilən tədbirlərdə əsas məqsəd əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

Dekabrın 10-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 27 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.
Tibbi prosedurlar gözlənilməklə görülən tədbirlərlə onlardan 26-sı evə qaytarılıb, 1 nəfər xəstəxanaya yerləşdirilib, 20 nəfər barəsində isə cinayət işi başlanılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə istintaq araşdırmaları davam etdirilir.