Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıblar

08.12.2020

Daxili işlər orqanları tərəfindən “COVID-19” xəstələrinin özünütəcrid qaydalarına riayət etməsi nəzərətdə saxlanılmaqla aktiv koronavirus xəstələrinə nəzarət-profilaktik tədbirlər gücləndirilib. 
Lakin virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur. 

Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstələri olan 25 yaşlı Kənan Budaqov, 50 yaşlı Məryəm Əliyeva və 29 yaşlı Oruc Məmmədov, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən isə 56 yaşlı Gülnarə Quluzadə ictimai yerlərdə müəyyən olunaraq saxlanılıblar. Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb. 

Onlar barəsində toplanan materiallar müvafiq rayon polis idarələrinin istintaq şöbələrinə göndərilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.