Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
16.11.2019Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Əlaslan Ağayev Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.
Noyabrın 16-da nazir V.Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna gedərək polis polkovniki Ə.Ağayevi şəxsi heyətə təqdim edib, xidməti fəaliyyətin daha səmərəli və effektiv təmin edilməsi üçün tələb və tövsiyələrini verib.
ƏLAQƏLİ PRESS-RELİZLƏR