
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
08.07.2019Xaçmaz şəhərində Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub. Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Binada vetilyasiya, mərkəzi istilik sistemi, qazanxana və rabitə-komunikasiya xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb, şöbənin həyətində polis əməkdaşları üçün yeni yeməkxana tikilərək istifadəyə verilib. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
General-polkovnik Vilayət Eyvazov və tədbirdə iştirak edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev növbətçi hissəyə, xidməti otaqlara və digər yardımçı sahələrə baxıblar, ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar. DİN rəhbəri görülən işləri yüksək qiymətləndirib, Xaçmaz polisinin fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu bildirib, tövsiyələrini verib.

Daxili İşlər naziri əmin olduğunu bildirib ki, Xaçmaz RPŞ-nin şəxsi heyəti bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcəkdir.
ƏLAQƏLİ PRESS-RELİZLƏR

Dövlətə sədaqətin, xalqa xidmətin nümunəsi
12.03.2025