Dövlət xidmətləri
Daxili İşlər Nazirliyi tərəfindən bir sıra dövlət xidmətləri təqdim edilir. Bu bölmədə bütün xidmətlərin inzibati reqlamenti, tələb olunan sənədlər, rüsumlar və digər məlumatları əldə edə bilərsiniz.
Elektron ödəmələr
Müvafiq identifikasiya metodunu seçdikdən sonra Elektron Ödəmələr Portalına yönəldiləcəksiniz.
Elektron xidmətlər kabineti
DİN ilə əlaqəli xidmətlərdən elektron qaydada faydalanmaq üçün şəxsi kabinetinizə daxil olun.
E-xidmətlər kabinetiDaxili İşlər Nazirliyi tərəfindən göstərilən dövlət xidmətləri ilə bağlı Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olan, qanunla ərizəyə əlavə edilməli sənədlərin və ya məlumatların siyahısı
| No | Xidmətin adı | Tələb olunan sənədlər | Elektron sənəd formasında Mövcuddur / Mövcud deyil |
| 1 | Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatın dəyişdirilməsi) üçün müraciətin və sənədlərin qəbulu | 1. Şəxsiyyət məlumatları | Mövcuddur |
| 2. Vətəndaşın sağlamlığı haqqında tibbi arayış, və narkoloji dispanserdə qeydiyyatda olub-olmaması barədə ambulator çıxarış | Mövcuddur | ||
| 3. Vətəndaşın rəqəmli fotoşəkili (3x4sm) ölçüdə | Mövcud deyil | ||
| 2 | Xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu | 1. Şəxsiyyət məlumatları | Mövcuddur |
| 2. Vətəndaşın sağlamlığı haqqında tibbi arayış, və narkoloji dispanserdə qeydiyyatda olub-olmaması barədə ambulator çıxarış | Mövcuddur | ||
| 3. Vətəndaşın rəqəmli fotoşəkili (3x4sm) ölçüdə | Mövcud deyil | ||
| 3 | Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu | 1. Şəxsiyyət məlumatları | Mövcuddur |
| 2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi; | Mövcuddur | ||
| 3. Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədi. | Mövcuddur | ||
| 4. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verildiyi halda dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd. | Mövcuddur | ||
| 4 | Mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi üçün müraciətin və sənədlərin qəbulu | 1. Şəxsiyyət məlumatları | Mövcuddur |
| 5 | Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu | 1. Şəxsiyyət məlumatları | Mövcuddur |
| 2. Sürücülük məktəbi şəhadətnaməsi | Mövcud deyil | ||
| 3. Səhiyyə Nazirliyi Tibbi Arayış | Mövcuddur | ||
| 4. İmtahan üçün ödəniş | Mövcuddur | ||
| 5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin ikinci hissəsində əks olunan müvafiq kateqoriyalar (altkateqoriyalar) üzrə müəyyən edilmiş idarəetmə təcrübəsini təsdiq edən sənəd. | Mövcuddur | ||
| 6 | Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu | 1. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsi və verilmə tarixi; | Mövcuddur |
| 2. nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədin nömrəsi və verilmə tarixi. | Mövcuddur | ||
| 3. Xarici ölkələrdə verilmiş nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədin skan edilmiş surəti; | Mövcud deyil | ||
| 4. Dövlət rüsumu ödənişi | Mövcuddur | ||
| 5. icbari sığorta şəhadətnaməsinin skan edilmiş surəti. | Mövcuddur | ||
| 7 | Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu | 1. Şəxsiyyət məlumatları | Mövcuddur |
| 2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən aşağıdakı sənədlərdən aidiyyəti olanının skan edilmiş surəti: İstehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin satılması barədə istehsalçı müəssisənin verdiyi arayış-hesab. Təhvil-təslim aktı itirildikdə sadalanan sənədlərdən biri təqdim edilə bilər: nəqliyyat vasitəsinin həmin müəssisəyə daşınması barədə dəmir yolunun verdiyi qaimə, istehsalçı zavod tərəfindən verilmiş (nəqliyyat vasitəsinin şassisinin, banının nömrələri yazılmış) arayış, pasport, istehsalçı zavodun sertifikatı; |
Mövcud deyil | ||
| 4. Komisyon və ticarət təşkilatlarının verdiyi arayış-hesab; | Mövcud deyil | ||
| 5. Vətəndaşların mülkiyyətinə satılması istisna olmaqla, Müdafiə Nazirliyinin və digər silahlı birləşmələrin müvafiq qurumlarının verdiyi hesab-naryad, hərbi hissənin yekun aktı və texniki vəziyyət haqqında akt; | Mövcud deyil | ||
| 6. Əl ilə idarə edilən avtomobillərin, yaxud motoarabacıqların verilməsi barədə sosial təminat orqanlarının arayışı; | Mövcud deyil | ||
| 7. qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr; | Mövcud deyil | ||
| 8. qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər və ya məhkəmənin qərarı; | Mövcud deyil | ||
| 9. Dövlət rüsumları | Mövcuddur | ||
| 10 .Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədinin, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədin skan edilmiş surəti, onun qeydiyyat və ya tranzit nişanlarının nömrələri və verilmə tarixi. | Mövcuddur | ||
| 8 | Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi |
1. Şəxsiyyət məlumatları | Mövcuddur |
| 2. qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr; | Mövcud deyil | ||
| 3. qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər və ya məhkəmənin qərarı; | Mövcud deyil | ||
| 4. Dövlət rüsumu | Mövcuddur | ||
| 9 | Nəqliyyat vasitələrində reklamın yayılmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu | 1. reklam yayıcısı ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi arasında bağlanmış və mövcud qanunvericiliyə uyğun sənədləşdirilmiş müqavilənin (reklam sifarişçisi reklam yayıcısı kimi çıxış etdikdə və reklam yayılan nəqliyyat vasitəsinin mülkiyyətçisi olduqda müqavilə tələb olunmur) | Mövcud deyil |
| 2. Nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığı və xarici görkəminin reklam yerləşdirilməsi üçün yararlı olması barədə DYP-nin müayinə aktının skan edilmiş surətləri; | Mövcud deyil | ||
| 3. Nəqliyyat vasitəsinin yan hissələrində və ya salonunda yerləşdiriləcək reklamın məzmunu, cizgi təsviri və sxemi | Mövcud deyil | ||
| 4. Reklam yerləşdirilməsi planlaşdırılan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları göstərilməklə siyahısı, habelə onların qeydiyyat şəhadətnaməsinin nömrəsi və verilmə tarixi. | Mövcuddur | ||
| 10 | Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu | 1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsi və verilmə tarixi; | Mövcuddur |
| 2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi barədə məlumatlar nazirliyin informasiya ehtiyatında olmadıqda onun skan edilmiş surəti; | Mövcud deyil | ||
| 3. Nəqliyyat vasitəsinin texniki vəziyyəti barədə regional qeydiyyat imtahan və texniki baxış məntəqəsinin müayinə aktı | Mövcuddur | ||
| 11 | Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışın verilməsi üçün müraciətin qəbulu | 1. Sığortaçı elektron xidmətin təqdim edildiyi internet səhifəsindən ərizə formasını dolduraraq həmin ünvana göndərir. | Mövcuddur |
| 12 | Vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu | 1. vətəndaşın 3x4 sm ölçüdə rəqəmli rəngli fotoşəkili; | Mövcuddur |
| 2. dövlət rüsumunun ödənilməsi barədə qəbz | Mövcuddur | ||
| 3. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin və ya nikahın bağlanması, yaxud pozulması haqqında şəhadətnamənin nömrəsi və verilmə tarixi | Mövcuddur | ||
| 4. hərbi biletin və ya təhkim şəhadətnaməsinin skan edilmiş surəti | Mövcuddur | ||
| 13 | Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu | 1. Şəxsiyyət məlumatları | Mövcuddur |
| 2. dövlət rüsumunun ödənilməsi barədə sənəd | Mövcuddur | ||
| Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun (valideyninin, ərinin (arvadının), övladının, qardaşının, bacısının, onların övladlarının, babasının, nənəsinin, nəvəsinin, babanın (nənənin) atasının və ya anasının, əmisinin, dayısının, xalasının, bibisinin, onların övladlarının, qayınatasının, qayınanasının, qaynının, baldızının) ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə, aşağıdakı sənədlərdən biri: | Mövcud deyil | ||
| 3. təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu; | Mövcud deyil | ||
| 4. təcili olaraq müalicəyə qəbul edilmənin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır); | Mövcud deyil | ||
| 5. qohumun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı. | Mövcud deyil | ||
| 6. pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd. | Mövcud deyil | ||
| 7. Ümumvətəndaş pasportunun dəyişdirilməsi ilə əlaqədar vətəndaşdan qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır | Mövcud deyil | ||
| 14 | Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin və onların ölkə hüdudlarını tərk etmək üçün şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu | 1. Şəxsiyyət məlumatları (Ərizə) | Mövcuddur |
| 2. vətəndaşlığı olmayan şəxs 16, 20 yaşına çatdıqda, sonradan isə hər 5 ildən bir, yaxud şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə və ya şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə: vətəndaşın 3x4 sm ölçüdə sifətin başıaçıq, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş rəqəmli rəngli fotoşəkili; |
Mövcud deyil | ||
| 4. dövlət rüsumunun ödənilməsi barədə qəbzin (elektron xidmətin göstərildiyi internet informasiya ehtiyatında dövlət rüsumunun ödənildiyi hallar istisna olmaqla), əgər onlar müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad ediliblərsə müvafiq təsdiqləyici sənədin skan edilmiş surəti; | Mövcud deyil | ||
| 5. vətəndaşlığı olmayan şəxsin soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişdikdə: vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə və ya nikahın bağlanması, yaxud pozulması haqqında şəhadətnamənin nömrəsi və verilmə tarixi; |
Mövcud deyil | ||
| 6. vətəndaşlığı olmayan şəxsin yaşayış yeri dəyişdikdə sadalanan sənədlərdən aidiyyəti olanının skan edilmiş surəti: mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, icarə və ya kirayə müqaviləsinin, order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədin, yaşayış sahəsi verən şəxsin ərizəsinin | Mövcud deyil | ||
| 15 | Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu | 1. ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənəd; | Mövcuddur |
| 2. Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi barədə Səhiyyə Nazirliyinin rəyi; | Mövcud deyil | ||
| 3. narkotik vasitələr və psixotrop maddələr saxlanılan aptek, bina və otaqların mühafizəsinin təmin edilməsi barədə polis orqanlarından arayış; | Mövcud deyil | ||
| 4. narkotik vasitələrin və psixotrop maddələrin satışı, daşınması üsulu barədə arayış; | Mövcud deyil | ||
| 5. narkotik vasitələrin və psixotrop maddələrin daşınması üçün xüsusi nəqliyyatın olması barədə arayış; | Mövcud deyil | ||
| 6. psixotrop maddələrin satışı ilə məşğul olmaq üçün verilmiş icazənin surəti | Mövcud deyil | ||
| 16 | Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlığın dövriyyəsinə xüsusi icazənin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu | 1. Şəxs məlumatları (Ərizə) | Mövcuddur |
| 2. ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənəd; | Mövcuddur | ||
| 3. Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlığın dövriyyəsinə xüsusi icazənin verilməsi barədə Səhiyyə Nazirliyinin rəyi; | Mövcud deyil | ||
| 4. narkotik vasitələr və psixotrop maddələr saxlanılan aptek, bina və otaqların mühafizəsinin təmin edilməsi barədə polis orqanlarından arayış; | Mövcud deyil | ||
| 5. narkotik vasitələrin və psixotrop maddələrin satışı, daşınması üsulu barədə arayış; | Mövcud deyil | ||
| 6. narkotik vasitələrin və psixotrop maddələrin daşınması üçün xüsusi nəqliyyatın olması barədə arayış; | Mövcud deyil | ||
| 7. psixotrop maddələrin satışı ilə məşğul olmaq üçün verilmiş icazənin surəti. | Mövcud deyil | ||
| 17 | Daxili işlər orqanlarında xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu | 1. Şəxsiyyət məlumatları (Ərizə) | Mövcuddur |
| 2. Əmək kitabçasının, | Mövcuddur | ||
| 3. Hərbi biletin, | Mövcuddur | ||
| 4. Müvafiq təhsilə malik olmasını təsdiq edən sənədin skan edilmiş surəti; | Mövcuddur | ||
| 5. Tərcümeyi-hal; | Mövcuddur | ||
| 6. Yaxın qohumları və himayəsində olan şəxslərin anadan olduğu il, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar. | Mövcuddur | ||
| 18 | Məhkumluq barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu | 1. Şəxsiyyət məlumatları (Ərizə) | Mövcuddur |
| 2. Nümayəndəliyi və qanuni nümayəndəliyi təsdiq edən sənədin skan edilmiş surəti. | Mövcud deyil | ||
| 19 | Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu | 1. Şəxsiyyət məlumatları (Ərizə) | Mövcuddur |
| 2. Nümayəndəliyi və qanuni nümayəndəliyi təsdiq edən sənədin skan edilmiş surəti. | Mövcud deyil | ||
| 20 | İtirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu | 1. Şəxsiyyət məlumatları (Ərizə) | Mövcuddur |
| 2. Nümayəndəliyi və qanuni nümayəndəliyi təsdiq edən sənədin skan edilmiş surəti. | Mövcud deyil | ||
| 21 | Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu | 1. Şəxsiyyət məlumatları (Ərizə) | Mövcuddur |
| 2. Raport | Mövcuddur | ||
| 3. yetkinlik yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin nömrəsi və verildiyi tarix. | Mövcuddur | ||
| 22 | Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.5-ci maddəsində nəzərdə tutulmuş məlumatların verilməsi və həmin məlumatlar dəyişdikdə onların yenilənməsi | 1. Sürücülük vəsiqəsi | Mövcuddur |
| 2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi | Mövcuddur | ||
| 23 | İnzibati xəta haqqında protokoldan vəsatətin və ya inzibati xəta haqqında iş üzrə qərardan şikayətin verilməsi | 1. Sürücülük vəsiqəsi | Mövcuddur |
| 2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi | Mövcuddur | ||
| 24 | Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi | 1. Şəxsiyyət məlumatları (ərizə) | Mövcuddur |
| 2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi | Mövcuddur | ||
| 25 | Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi | 1. Şəxsiyyət məlumatları Ərizə ; | Mövcuddur |
| 2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsi. | Mövcuddur |