Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

2022-ci ilin yekun təhlili

Respublikada cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində fəaliyyət 2022-ci il də məqsədyönlü şəkildə həyata keçirilmiş, vətəndaşların təhlükəsizliyi etibarlı qorunmuş, kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat ilində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 36.494 cinayət qeydə alınmışdır. Onların 39,7%-i (14.500-ü) iqtisadi fəaliyyət sahəsinə aid, 41,5%-i (15.142-i) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 14,8%-i (5.388-i) şəxsiyyət əleyhinə olan və s. hüquqazidd əməllərdir. Cinayətlərin 
83,4%-ni (30.447-i) böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir. 
2021-ci il ilə müqayisədə şəxsiyyət əleyhinə olan cinayətlər 2.4%, o cümlədən qəsdən adam öldürməyə cəhdlər 13%, qəsdən sağlamlığa ağır zərər vurmalar 5%, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 17.6%, ailə münaqişəsi zəminində törədilənlər 2.4%,   mal-qara oğurluğu 21.3% azalmışdır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə  Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 34.745 cinayətin 89,7%-nin açılması təmin edilmişdir. Ağır və xüsusilə ağır cinayətlərin 85,3%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 85,7%-i, şəxsiyyət əleyhinə olanların 98,2%-i, onlardan qəsdən adam öldürmələrin 95,7%-i, adam öldürməyə cəhdlərin 96,7%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 96,9%-i, mülkiyyət əleyhinə olanların 81,8%-i, o cümlədən oğurluqların 75,4%-i, dələduzluqların 91,4%-i, soyğunçuluqların 97,9%-i, quldurluqların 97,3%-i, hədə-qorxu ilə tələb etmələrin 96,7%-i, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin 93%-i, habelə xuliqanlıqların 95,9%-i açılmışdır.
Keçmiş illərdən bağlı qalmış 368, "isti izlərlə" 3.264 cinayət açılmış, 9.864  hüquqazidd əməlin qarşısı alınmışdır. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 2,6% yaxşılaşaraq 85,5% təşkil etmiş, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 77 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 46 nəfərin yeri müəyyən olunmuşdur.
Bütövlükdə müxtəlif cinayətlərə görə 19.069, o cümlədən qanunsuz odlu silah saxlayan və daşıyan 202 şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb edilmiş, ağır və xüsusilə ağır cinayətlər törətmiş 251 kriminal qrup zərərsizləşdirilmişdir.
Qeyri-leqal dövriyyədən 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 373 kq çox və ya 3 ton 418 kiloqram narkotik vasitə çıxarılmışdır. Ümumi çəkisi 172 ton 753 kiloqram olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmiş, 1 ton 150 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır. 

Paytaxt – Bakı şəhəri


2022-ci il də paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə edilmişdir.
Respublikada qeydə alınmış 34.745 cinayətin 16.724-ü və ya 48,1%-i Bakı şəhəri üzrə olmuş, açılması 87,3% (+1%) təşkil etmişdir. Həmin cinayətlərin 81%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 19%-i ağır və xüsusilə ağır növlərdir.
2021-ci illə müqayisədə qəsdən adam öldürməyə cəhdlər 11%, sağlamlığa ağır zərər vurmalar 9%, zorlamalar 43%, avtonəqliyyat vasitəsinin qaçırılması 21%, habelə odlu silahın tətbiqi ilə törədilən cinayətlər 9%, yol-nəqliyyat hadisələrinin sayı 15%, qəzalarda həlak olanların sayı 11%, xəsarət alanların sayı 14% azalıb. 
Ağır və xüsusilə ağır cinayətlərin 83,7%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 83,5%-i, şəxsiyyət əleyhinə olanların 97,6%-i, onlardan qəsdən adam öldürmə və zorlama cinayətlərinin hamısı, 100%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 94,1%-i, mülkiyyət əleyhinə olanların 79,5%-i, o cümlədən oğurluqların 72,4%-i, soyğunçuluqların 96,5%-i, quldurluqların 95%-i, hədə-qorxu ilə tələb etmələrin 97,8%-i, avtonəqliyyat vasitəsini qaçırmaların 90,6%-i, habelə xuliqanlıqların 92,9% açılmışdır.
Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərlə keçmiş illərdən bağlı qalmış 167, o cümlədən 49 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmiş, həmin hüquqazidd əməllərə görə 305 təqsirləndirilən şəxs tutulmuşdur.
Əcnəbilərə qarşı törədilən cinayətlərin açılması yüksək olmaqla 85,7% təşkil etmişdir.

Səhifənin son yenilənmə tarixi: 01.07.2025

Geriyə qayıt Çap et