Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İctimai Şura

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yanında İctimai Şura “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"yə uyğun olaraq Nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və daxili işlər orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmışdır. DİN yanında İctimai Şuranın daxili işlər orqanlarının fəaliyyət istiqamətlərinin genişliyi və iş həcmi nəzərə alınmaqla 15 üzvdən ibarət tərkibdə olması müəyyən  edilmişdir. Qeyri-hökumət təşkilatlarının iştirakı ilə tam şəffaf şəraitdə keçirilən seçkilərdə İctimai Şuraya üzvlər seçilmişdirlər.

Hal-hazırda DİN yanında İctimai Şura qərarların qəbulu zamanı ictimai rəyin öyrənilməsi, ictimaiyyətlə məsləhətləşmələrin təşkili və s. sahədə fəaliyyət göstərir.

İctimai Şuranın 2021-2023-cü illər ərzində fəaliyyəti barədə hesabat

İctimai Şuranın 2022-ci il ərzində fəaliyyəti barədə hesabat

İctimai Şuranın tərkibi 

  • 1. Abdulkərimov Arzuman Səid oğlu
    "Hilal" Sosial Araşdırmalar İB sədri
  • 2. Becanov Rəfail Zəkəriyyə oğlu
    "İnsan Hüquqları və Maarifçilik” İB sədri
  • 3. Əmirhüseynova Mahirə İmanqulu qızı
    "XXI Əsrin Qadınları” İB sədri
  • 4. Hüseynli Vüsalə Zahid qızı
    "İslahatçı qadınlar və innovasiyalar" İB sədri
  • 5. Hüseynova Məhsəti Əli qızı
    "Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək" İB üzvü
  • 6. Kazımov Xalid Vahid oğlu
    "Regional İnsan Hüquqları və Media Mərkəzi" İB sədri
  • 7. Məmmədova Sevda Daşdəmir qızı
    "Sosial-İqtisadi İnkişaf Uğrunda" İB sədri
  • 8. Muradov Elməddin Nadir oğlu
    "Jurnalistika və İnkişaf Mərkəzi" İB sədri
  • 9. Nəsirova İradə Polad qızı
    "Mərhəmət" Kimsəsizlərə Yardım İB sədri
  • 10. Nuriyev Əliməmməd Mali oğlu
    "Konstitutsiya" Araşdırmalar Fondunun prezidenti
  • 11.Nurməmmədov Araz Mayıl oğlu
    "Gender Bərabərliyi" İB üzvü
  • 12. Səfərova Gülayə İsmayıl qızı
    "Ailə Dünyası Ailələrə Hüquqi Yardım" İB sədri
  • 13. Zeynalova Mehriban Heydərəli qızı 
    Təmiz Dünya” Qadınlara Yardım İB sədri
  • 14. Zeyni Rauf Xurşud oğlu
    "Bakı Qeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi"ictimai birliyinin idarə heyətinin sədri

 

Geriyə qayıt Çap et