2013-cü ilin yekun təhlili
2013-cü ildə cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlil
2013-cü ildə daxili işlər orqanları tərəfindən qanunvericilik aktlarını rəhbər tutularaq müvafiq Dövlət proqramları və konsepsiyalar çərçivəsində insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması sahəsində qanunla müəyyən edilmiş vəzifələrin icrası davam etdirilmişdir.
Ötən ildə bütün uçot subyekləri üzrə 22381 (2012-ci illə müqayisədə +2,2%) cinayət qeydə alınmış, onların 85,3%-nin (-0,9%) açılması təmin edilmişdir.
Daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlər 1 faiz azalaraq 20465 fakt təşkil etmişdir. Onların 52,7% (10781) az ağır, 33,1% (6774) böyük ictimai təhlükə törətməyən və 14,2% (2910) ağır və xüsusilə ağır növlərə aiddir.
Cinayətlərin 20,3%(4155) şəxsiyyət əleyhinə, 42,4% (8675) iqtisadi fəaliyyət sahəsində, 33,8% (6911) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 3,5% (722) dövlət hakimiyyəti əleyhinə olanlar təşkil etmişdir.
Cinayətlərin strukturunda şəxsiyyət əleyhinə olanlar 36,2% (-2358), o cümlədən adam öldürməyə cəhdlər 14,6% (-12) azalmış, iqtisadi sahədə cinayətlər 24%(+1679), onlardan mülkiyyət əleyhinə olan cinayətlərdən mənzillərdən oğurluqlar 33,5%(+441), avtonəqliyyatın qaçırılması 10,6%(+32), həmçinin ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olanlar 6,3%(+411) və dövlət hakimiyyəti əleyhinə olan cinayətlər isə 8,6%(+57) artmışdır.
Ağır və xüsusilə ağır cinayətlərin (83,2%), o cümlədən qəsdən adam öldürmələrin (95%), quldurluqların (81,1%), hədə-qorxu ilə tələb etmələrin (96,2%) açılması xeyli yaxşılaşmış, habelə keçmiş illərdən bağlı qalmış 326, o cümlədən 70 ağır və xüsusilə ağır cinayət açılmışdır.
Bütövlükdə, cinayətlərin açılması 85,4% təşkil etmişdir.
Bağlı qalmış 3494 cinayətin 85,5% (2987) az ağır və böyük ictimai təhlükə törətməyən və yalnız 14,5% (507) ağır və xüsusilə ağır növlər təşkil etmişdir. Sonuncuların 56,6% (287) mülkiyyət əleyhinə, 24,8% (126) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 15,6% (79) şəxsiyyət əleyhinə olanlardır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 80 (-9) insan alveri və 4 (+2) məcburi əmək cinayəti aşkarlanmış, 12 nəfərdən ibarət 5 cinayətkar qrup zərərsizləşdirilmişdir. Bu hüquqazidd əməllərin qurbanı olan 56 şəxs (onlardan 41 qadın) müəyyən edilmişdir.
İctimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 170 (+15), o cümlədən 73 (+25) fahişəliyə cəlb etmə və 68 (-8) əxlaqsız yuvaları saxlama cinayəti aşkarlanaraq 118 nəfər məsuliyyətə cəlb olunmuş, 394 qadın barəsində müvafiq inzibati tədbir görülmüşdür.
Bununla yanaşı, əvvəllər cinayət törətmiş şəxslər tərəfindən müvafiq hüquqazidd əməllər 5,8%, narkomanlar tərəfindən törədilən cinayətlər 6,4%, ictimai yerlərdə baş verən cinayətlər 8,3%, məişət zəminli cinayətlər 43,6% azalmışdır. Bütövlükdə respublika üzrə açılması təmin edilmiş 288 qəsdən adam öldürmə və ona cəhdin 59% (170) qısqanclıq, mübahisə və digər ailə-məişət münaqişələri zəminində baş vermişdir.
Hesabat ilində mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 1833, o cümlədən 688 ağır və xüsusilə ağır cinayət törətmiş 2095 nəfəri birləşdirən 760 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir.
Narkotiklərlə əlaqədar 2577 (+5,1%), o cümlədən satış məqsədilə 677 (-5%) cinayət aşkar edilərək qeyri-leqal dövriyyədən 619 (+23) kq narkotik vasitə çıxarılmış, ümumi çəkisi təxminən 302 (-11) ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 135 nəfərdən ibarət 54 cinayətkar qrup zərərsizləşdirilmiş, 65,1 (+10,2) kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır. Bu növ cinayət törətmiş 2131 nəfərdən 1921 (90,1%-i) işləməyən və oxumayan, 609 (28,6%) əvvəllər cinayət törətmiş şəxslər, 516 (24,2%) gənclər, 51 (2,4%) qadınlar 0təşkil etmişdir.
Dövlət hakimiyyəti əleyhinə olan cinayətlərə (67,1%), saxta pul hazırlamaya (66,7%), hədə-qorxu ilə tələb etməyə (64,7%), narkotik vasitələrin qanunsuz dövriyyəsinə (78,9%) görə axtarılanların tutulması işində müsbət nəticələr əldə edilmişdir.
Hesabat dövründə, yerli və dövlətlərarası axtarışda olan 2059 təqsirləndirilən şəxsin (ağır və xüsusilə ağır cinayətlərə görə 402), o cümlədən MDB və digər xarici ölkələrdə gizlənən 80 şəxsin tutulması təmin olunmuşdur. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 72 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 29 nəfərin yeri müəyyən edilmişdir.
Axtarış işinin göstəricisi bütövlükdə 66,5%, itkin düşənlərin tapılması isə 74,3% ( 940 şəxsdən 698) təşkil etmişdir.
Hüquqa zidd əməl törətmiş 14841 şəxsdən 88,3% (13112) bunu ilk dəfə törədənlər, 76,9% (11420) işləməyənlər, 39% (5787) gənclər, 6,8% (1012) qadınlar, 11,6% (1729) əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuşlar, 3,5% (514) yetkinlik yaşına çatmayanlar, 1,4% (215) əcnəbilərdir.
Müxtəlif cinayətlərə görə respublika üzrə 12.361 nəfər məsuliyyətə cəlb edilmiş, onlardan 9653 (78,1%) işləməyən və oxumayan, 1708 (13,8%) əvvəllər məhkum edilmiş, 777 (6,3%) qadın, 456 (3,7%) yetkinlik yaşına çatmayanlar olmuşdur.
Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi
Geriyə qayıt
Çap et