DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

2013-cü ilin 1-ci yarımili üzrə təhlil

2013-cü ilin 1-ci yarımilliyində daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili

2013-cü ilin 1-ci yarımilliyində daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat dövründə respublikada 10929 (2012-ci ilin müvafiq dövrü ilə müqayisədə -1024 və ya -8,6%), o cümlədən daxili işlər orqanları tərəfindən 10048 (-1295;-11,4%) cinayət qeydə alınmışdır.
DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 5442-i (54,3%) az ağır, 3179-u (31,5%) böyük ictimai təhlükə törətməyən, 1427-i (14,2%) ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 2073-ü (2012-ci ilin müvafiq dövrü ilə müqayisədə -1935 və ya -48,3%) şəxsiyyət əleyhinə, 4013-ü (+441; +12,3%) iqtisadi sahədə törədilən, onlardan 3946-ı (+422; +12%) mülkiyyət əleyhinə, 3627-i (+199; +5,8%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 335-i (sabit) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.
Daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayətlərin 87,4%, onlardan hədə-qorxu ilə tələb etmə cinayətlərinin 100%, ekoloji cinayətlərin 99%, mənimsəmə və israf etmə cinayətlərinin 98,4%, şəxsiyyət əleyhinə olan cinayətlərin 97,5%, seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərin 95,7%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 94,6% (o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 95,7%), adam öldürməyə cəhdlərin 97,4%, insan alveri ilə bağlı cinayətlərin 94,2%, narkotik vasitələrlə bağlı cinayətlərin 93,6%, qəsdən adam öldürmə cinayətlərin 91,8%, dələduzluq cinayətlərinin 90,7%, qaçaqmalçılıq cinayətlərinin 88%, xuliqanlıqların 86,5%, quldurluqların 80,6%, zorlamaların 80%, soyğunçuluqların 66,4% açılması təmin edilmişdir.
2013-cü ilin 1-ci yarımilliyində cinayətkarlığın dinamikası soyğunçuluq cinayətlərinin 24,8% (-34; 103-137), avtonəqliyyatın qaçırılması ilə bağlı cinayətlərin 11,2% (-18;143-161), adam oğurluqlarının 20%(-2;8-10) azalması ilə xarakterizə olunmuş, adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmamışdır.
Ağır və xüsusilə ağır cinayətlər 157 (+12,4%; 1427-1270), oğurluqlar 293(+13,6%;2447-2157), dələduzluq cinayətləri 127(+14,1%;1030-903), yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 245 (+28,9%;1093-848), quldurluqlar 10(+17,2%;68-58) fakt artmışdır.
İnsan alveri ilə bağlı cinayətlərə görə 59 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 9,5% (+9; 104-95) artmış, həmin cinayətləri törədənlərin 64,4%-i (38) qadınlar olmuşdur.
Hesabat dövründə daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən 350 kiloqramdan artıq narkotik vasitə götürülmüş, 33 kq-dan artıq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır.
Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1183 nəfərdən 1068-i (90,3%) əmək qabiliyyətli işləməyən və oxumayan, 338-i (28,6%) əvvəllər cinayət törətmiş şəxs, 32-i (2,7%) qadın, 8-i (0,7%) yetkinlik yaşına çatmayandır.
Görülmüş tədbirlər nəticəsində daxili işlər orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış 157, o cümlədən 16 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.
2012-ci ilin müvafiq dövrü ilə müqayisədə əvvəllər məhkum edilmiş şəxslər tərəfindən 6% (-56; 883-939), işləməyən və oxumayanlar tərəfindən 24,5%(-1798; 5547-7345), qadınlar tərəfindən törədilən cinayətlərin sayı 2 dəfə (-483;465-948) azalmış, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı isə 10% (+23; 253-230) artmışdır.
Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 1021-i (46,2%), o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 212 nəfər (9,6%) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 616 şəxsdən 390-nın (63,3%) yeri müəyyən edilmişdir.
2013-cü ilin 1-ci yarımili ərzində 5994 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 4740-ı (79,1%) işləməyən və oxumayan, 875-i (14,6%) əvvəllər məhkum edilmiş, 381-i (6,4%) qadın, 226-ı (3,8%) yetkinlik yaşına çatmayanlar olmuşdur.


Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi
Geriyə qayıt Çap et