Dövlət xidmətləri
Daxili İşlər Nazirliyi tərəfindən bir sıra dövlət xidmətləri təqdim edilir. Bu bölmədə bütün xidmətlərin inzibati reqlamenti, tələb olunan sənədlər, rüsumlar və digər məlumatları əldə edə bilərsiniz.
Elektron ödəmələr
Müvafiq identifikasiya metodunu seçdikdən sonra Elektron Ödəmələr Portalına yönəldiləcəksiniz.
Elektron xidmətlər kabineti
DİN ilə əlaqəli xidmətlərdən elektron qaydada faydalanmaq üçün şəxsi kabinetinizə daxil olun.
E-xidmətlər kabinetiAzərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin və onların ölkə hüdudlarını tərk etmək üçün şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu
1. şəxs 16, 20 yaşına çatdıqdan, sonradan isə hər 5 ildən bir, yaxud vəsiqədə olan yazılar təhrif edildikdə və ya şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə əlavə№1-də göstərilən ərizə-anket və eyni ölçüdə bir neqativdən çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən təsvir edilmiş görünüşü olan 25mmX30mm ölçüdə 3 (üç) ədəd rəngli fotoşəkil, dövlət rüsumunun ödənilməsi barədə qəbz, əgər onlar müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad ediliblərsə müvafiq təsdiqləyici sənədin surəti;
2. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişdikdə VVADQ orqanlarından verilmiş doğum haqqında şəhadətnamə və ya nikahın bağlanması, yaxud pozulması haqqında şəhadətnamə, bu bəndin 1-ci bəndində göstərilən sənədlərlə birlikdə.
3. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin yaşayış yerini dəyişməsi əlaqədar vəsiqəsinin dəyişdirilməsi aşağıda göstərilən qaydada həyata keçirilir:
- Yaşayış yerini dəyişmiş Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs yeni yaşayış yerinə gəldikdə 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün BPQ və Mİ-nin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinə müraciət etməlidir. Həmin şəxsdən yeni yaşayış yeri üzrə qeydiyyata alınması üçün aşağıda göstərilən sənədlərdən əlavə şəxsiyyət vəsiqəsi və qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb olunur:
a) ərizə-anket (əlavə №1) (buradan yükləyin) ;
b) Azərbaycan Respublikasında daimi yaşayan şəxsdən bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 25mm x 30mm ölçüdə 3 (üç) ədəd rəngli fotoşəkil;
c) dövlət rüsumunun ödənilməsi barədə qəbz, əgər onlar müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilibsə müvafiq təsdiqləyici sənədin surəti;
d) şəxs ailəlidirsə, nikahın bağlanması haqqında şəhadətnamə, nikah pozulduqda nikah pozulubsa haqqında şəhadətnamə;
e) şəxsiyyət vəsiqəsini alan şəxsin qanuni nümayəndəsi ərizə ilə müraciət etdikdə, onun qanuni nümayəndə olduğunu təsdiqləyən sənəd;
f) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;
g) icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və kirayə müqaviləsi;
h) yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd;
i) şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi.
4. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsini itirməsi və ya qəsdən korlaması ilə əlaqədar vəsiqəsinin dəyişdirilməsi üçün onu itirdiyi yeri (və ya korladığı), vaxtı və şəraiti göstərməklə dərhal BPQ və Mİ-nin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinə yazılı məlumat verməli, ərizə-anketi (əlavə №1) dolduraraq onu 25x30 mm ölçüdə üç rəngli fotoşəkil və dövlət rüsumunun ödənilməsi barədə qəbzlə birlikdə BPQ və Mİ-nin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinə təqdim etməlidir.
Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etmiş şəxsdən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.
Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün xüsusi nümunəli pasportun dəyişdirilməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs ərizə-anketi (əlavə №2) (buradan yükləyin) , vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsini, lazım olarsa, xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicə edilməsinin vacibliyini, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyini və ya ölümünü təsdiq edən sənədləri, dövlət rüsumunun ödənilməsi barədə qəbzi BPQ və Mİ-nin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinə təqdim etməlidir.
«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının 4 dekabr 2001-ci il tarixli 223-IIQ nömrəli Qanununun 14-ci maddəsinə əsasən:
- Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə 6 manat məbləğində dövlət rüsumu;
- Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə xüsusi nümunəli pasportların verilməsinə görə 11 manat məbləğində dövlət rüsumu ödənilir.
Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsi və ya qəsdən korlanmasına görə otuz (30) manat məbləğində cərimə edilir.
https://www.dxr.az/xidmet/27E73928-EC75-484F-83D6-F39F6A5A21C3/DD457E1E-9EE8-4688-A2F4-DEF6417CE121