Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İctimai Şura

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yanında İctimai Şura “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"yə uyğun olaraq Nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və daxili işlər orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmışdır. DİN yanında İctimai Şuranın daxili işlər orqanlarının fəaliyyət istiqamətlərinin genişliyi və iş həcmi nəzərə alınmaqla 15 üzvdən ibarət tərkibdə olması müəyyən  edilmişdir. Qeyri-hökumət təşkilatlarının iştirakı ilə tam şəffaf şəraitdə keçirilən seçkilərdə İctimai Şuraya üzvlər seçilmişdirlər.

Hal-hazırda DİN yanında İctimai Şura qərarların qəbulu zamanı ictimai rəyin öyrənilməsi, ictimaiyyətlə məsləhətləşmələrin təşkili və s. sahədə fəaliyyət göstərir.


Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsinə dair elan

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilərdə iştirak edəcək namizədliyi qeydə alınanların siyahısı

Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçilməsi ilə bağlı keçiriləcək birgə yığıncaqda təmsilçilərinin iştirakı məqsədilə elan

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinə və qeydiyyatına dair elan



İctimai Şuranın 2024-2025-ci illər ərzində fəaliyyəti barədə hesabat

İctimai Şuranın 2021-2023-cü illər ərzində fəaliyyəti barədə hesabat

İctimai Şuranın 2022-ci il ərzində fəaliyyəti barədə hesabat

 

                    İctmai Şuranın tərkibi
          
→      1.        Abdulkərimov Arzuman Səid oğlu
   “Hilal” Sosial Araşdırmalar ictimai birliyinin sədri

→      2.        Becanov Rəfail Zəkəriyyə oğlu
   “İnsan Hüquqları və Maarifçilik” ictimai birliyinin sədri

→      3.        Əmirhüseynova Mahirə İmanqulu qızı
   “XXI Əsrin Qadınları” ictimai birliyinin sədri

→      4.        Hüseynli Vüsalə Zahid qızı
   “İslahatçı qadınlar və innovasiyalar” ictimai birliyinin sədri

→      5.        Hüseynova Məhsəti Əli qızı
   “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” ictimai birliyinin üzvü

→      6.        Kazımov Xalid Vahid oğlu
   “Regional İnsan Hüquqları və Media Mərkəzi” ictimai birliyinin sədri

→      7.        Məmmədova Sevda Daşdəmir qızı
   “Sosial-İqtisadi İnkişaf  Uğrunda” ictimai birliyinin sədri

→      8.        Muradov Elməddin Nadir oğlu
   “Jurnalistika və İnkişaf Mərkəzi” ictimai birliyinin sədri

→      9.        Nəsirova İradə Polad qızı
   “Mərhəmət” Kimsəsizlərə Yardım ictimai birliyinin sədri

→     10.      Nuriyev Əliməmməd Mali oğlu
   “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

→     11.      Nurməmmədov Araz Mayıl oğlu
   “Gender Bərabərliyi” ictimai birliyinin üzvü

→     12.      Səfərova Gülayə İsmayıl qızı
   “Ailə Dünyası Ailələrə Hüquqi Yardım” ictimai birliyinin sədri

→     13.      Zeynalova Mehriban Heydərəli qızı
   “Təmiz Dünya” Qadınlara Yardım” ictimai birliyinin sədri

→     14.      Zeyni Rauf Xurşud oğlu
   “Bakı Qeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” ictimai birliyinin idarə heyətinin sədri

 

Geriyə qayıt Çap et