DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini E.Yaqubov saxlanılmışdır

20.01.2021

Gəncə ŞBPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Yaqubov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 76 qram marixuana götürülmüşdür.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən şəhər sakini E.İmanlının yaşadığı evə baxış zamanı oradan 24 kiloqram 775 qram, qohumuna məxsus mənzilin zirzəmisindən isə 6 kiloqram 750 qram marixuana aşkar edilərək götürülmüşdür.

20.01.2021 tarixinə olan kriminal məlumatlar