Əəcnəbi vətəndaşın yaşadığı mənzildə çantasından 670 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Z.Əliyeva saxlanılıb
05.07.2018Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı mənzildə çantasından 670 ABŞ dollarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Mingəçevir şəhər sakini Z.Əliyeva olduğu məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.