DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

“İnstagram”da dəlduzluq edərək sosial şəbəkə istifadəçilərinin pullarını ələ keçirən şəxs saxlanılıb

14.03.2023

“İnstagram” sosial şəbəkəsində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan və pullarını ələ keçirən şəxs saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı axtarışda olan Firuddin Həsənov tutulub. Onun “İnstagram”da açıq səhifələrə daxil olaraq həmin şəxsin dostluğunda olanlarla əlaqə yaratdığı, daha sonra özünü profilin sahibi kimi qələmə verib müxtəlif məbləğlərdə borc pul isdədiyi müəyyən edilib. Firuddin Həsənov zərərçəkənlərdən pul vəsaitlərinin karta köçürülməsini istəyib. Həmin vəsaitləri əldə edəndən sonra isə Firuddin Həsənov zərərçəkənlərin əlaqə yaratmaması üçün onların mobil telefonlarını və sosial şəbəkə hesablarını bloklayıb. Saxlanılan şəxs dələduzluq edən zaman zərərçəkənlərlə əsasən 055-460-50-04 və 070-827-50-50 mobil nömrəsi ilə əlaqə saxlayıb. 
Faktlarla bağlı araşdırmalar davam etdirilir. Firuddin Həsənovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Youtube linki - https://www.youtube.com/watch?v=c6zwDIuemKE

 

 

14.03.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 75 cinayətin açılması təmin olunub 14.03.2023
  • Bakı şəhər sakini O.Nuriyevdən heroin və metamfetamin götürülüb 14.03.2023
  • Kürdəmir rayon sakini D.Əsgərovdan 425 qram marixuana götürülüb 14.03.2023
  • Səbail rayonu ərazisində yerləşən otellərin birindən oğurluq etməkdə şübhəli bilinən Şəki rayon sakini S.Ağammədov saxlanılıb 14.03.2023
  • Səbail rayonu ərazisindəki mağazaların birindən noutbuk oğurlamaqda şübhəli bilinən T.Əliyev saxlanılıb 14.03.2023
  • Nizami rayonunun Keşlə qəsəbəsindəki evlərdən birinin həyətindən 10.000 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən İ.Abbasov saxlanılıb 14.03.2023
  • Gəncə şəhəri ərazisindəki mağazaların birindən 650 manat dəyərində elektron siqaret oğurlamaqda şübhəli bilinən R.Məcnuni saxlanılıb 14.03.2023
  • Yasamal rayonu Kənar Dairəvi yolunda “KİA” markalı avtomobil yolun kənarındakı dəmir maneəyə çırpılıb 14.03.2023
  • Babək rayonunun Badaşqan kəndi ərazisində “Hyundai” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb 14.03.2023
  • Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində rayon sakini O.Qədirovu idarə etdiyi avtomobillə vuraraq hadisə yerindən yayınan sürücüsü İ.Hacıyev saxlanılıb 14.03.2023
  • Sabirabad şəhəri ərazisində “VAZ-2106” markalı avtomobillə velosipedçi vurulub 14.03.2023
  • Xocalı rayonu ərazisində “Hovo” markalı avtomobil yolun kənarına aşıb 14.03.2023
  • “İnstagram”da dəlduzluq edərək sosial şəbəkə istifadəçilərinin pullarını ələ keçirən şəxs saxlanılıb 14.03.2023
  • Sumqayıtda təqaüdlərini almaq üçün bankomata üz tutan ahıl yaşlı şəxslərə qarşı soyğunçuluq edənlər saxlanılıblar 14.03.2023
  • Nizami rayonunda narkotiklərin satışı ilə məşğul 2 qardaş saxlanılıb 14.03.2023