İmişli rayon sakini E.Fərəcovdan heroin, yaşadığı evdən isə 2 kiloqramdan artıq marixuana götürülüb
12.03.2023İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan rayon sakini E.Fərəcovdan 8 qrama yaxın heroin, yaşadığı evə baxış zamanı isə əlavə 2 kiloqram 315 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.