Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə piyada vurulub
11.03.2023Martın 11-də saat 21 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Ağayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən M.Qasımovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.