DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub

03.02.2023

Fevralın 3-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

03.02.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub 03.02.2023
  • Ümumi çəkisi 24,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 03.02.2023
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir  03.02.2023
  • Nəsimi rayonu ərazisindən “Toyota” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.Hüseynov Qaradağ rayonu ərazisində avtomobillə saxlanılıb 03.02.2023
  • Bakı şəhər sakini olan bir qadının çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən A.Məmmədov saxlanılıb 03.02.2023
  • Yasamal rayonu ərazisində bir qadının çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Zərdab rayon sakini Ə.Mahmudov saxlanılıb 03.02.2023
  • Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73800 manat dəyərində elektrik avadanlığını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini D.Kərimli saxlanılıb 03.02.2023
  • Yevlax şəhər sakini S.Xəlilovdan 820 qram marixuana götürülüb 03.02.2023
  • Mingəçevir şəhəri ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən R.Əzizov saxlanılıb 03.02.2023
  • Astara rayon sakini İ.Məmmədovdan 5 kiloqramdan artıq marixuana və qanunsuz saxladığı ov tüfəngi götürülüb 03.02.2023
  • Nərimanov rayonu Z.Bünyadov prospektində iki avtomobil toqquşub 03.02.2023
  • Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətlərindən birinin əməkdaşları saxlanılıblar 03.02.2023