DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonunda 5 evdən oğurluq edən şəxs saxlanılıb

21.05.2022

Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək mənzildən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Eyni məzmunlu müraciətlərlə Polis Bölməsinə ətraf ərazilərdə yaşayan daha bir neçə sakinin şikayət ərizəsi daxil olub. Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tahir Qasımov saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman onun paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 5 evdən müxtəlif vaxtlarda təmir-tikinti alətləri, məişət və digər əşyalar oğurladığı məlum olub. O, izahatında etdiyi oğurluqları etiraf edib.
Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat- istintaq tədbirləri davam etdirilir.

21.05.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 56 cinayətin üstü “isti izlər”lə açılmışdır 21.05.2022
  • 15 baş qoyunu oğurlamaqda şübhəli bilinən Zirə qəsəbə sakini N.Babayev müəyyən edilərək saxlanılmışdır 21.05.2022
  • Oğurluqda şübhəli bilinən Masallı rayonunun Musaküçə kənd sakini Ş.Hüseynli saxlanılmışdır 21.05.2022
  • Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı şəhər sakini M.Babayev saxlanılmışdır 21.05.2022
  • Paytaxt sakini E.Gülməmmədovdan 460 qram metamfetamin aşkar edilərək götürülmüşdür 21.05.2022
  • Binəqədi rayonunda 5 evdən oğurluq edən şəxs saxlanılıb 21.05.2022
  • Xaçmaz rayonunun Çinartala kəndi ərazisində yol-nəqliyyat hadisəsi 21.05.2022