Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yol-qəza hadisəsi

04.06.2006

Saat 17:00 radələrində, Yevlax rayonunun Aran qəsəbəsi ərazisində, qəsəbə sakini Ruhin Bayramov "Ford" markalı avtomaşını idarə edərkən, yolun kənarında dayanmış "Kamaz" markalı avtomaşını təmir edən, Tovuz rayon sakinləri Sabir Sadiqov və Yusif Əhmədovu vurmuşdur. Nəticədə S.Sadiqov və Y.Əhmədov hadisə yerində ölmüş, xəsarət almış R.Bayramov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.