Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəndob-Yalama yolunun Xaçmaz rayonu Müşkür kəndi ərazisində yol-qəza hadisəsi

04.06.2006

Saat 22:30 radələrində, Gəndob-Yalama yolunun Xaçmaz rayonu Müşkür kəndi ərazisində, Xaçmaz rayon sakinləri Füzuli Ağasıyevin idarə etdiyi "VAZ-2106" markalı və Aydın Baxışovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə F.Ağasıyev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Xaçmaz rayon sakinləri Rövşən Seyidov və İlham Günəşov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.