Ümumi çəkisi 26,6 kiloqramdan artıq narkotik vasitə götürülüb
09.06.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 9-da ümumi çəkisi 26,6 kiloqramdan artıq narkotik vasitə, 717 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 15 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 6,4 tona yaxın çəkidə 34500 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.