Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Polis əməkdaşları "Uşaqları qoruyaq" adlı maarifləndirici tədbir keçirib

10.02.2021 17:07

 Laçın Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin dəstəyi ilə təhsildə, idmanda, ictimai həyatda fərqlənən tələbə və məktəblilərin yol hərəkəti təhlükəsizliyinin təbliği işinə cəlb edilməsi məqsədilə Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbində "Uşaqları qoruyaq" adlı maarifləndirici tədbir keçirilib.  

Yol polisi əməkdaşlarının iştirak etdiyi tədbirdə, xüsusi karantin qaydaları, sosial məsafə gözlənilməklə şagirdlər yol hərəkəti qaydaları ilə yaxından tanış edilib və bədbəxt hadisə yarada biləcək təhlükələr barədə məlumatlandırılıb.