Ölçü:
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatı | |
04 11 2019 Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevi “facebook” sosial şəbəkəsində ölümlə hədələməkdə şübhəli bilinən şəxs saxlanılmışdır. |
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı | |
31 10 2019 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 31-də Gəncə Şəhər Baş Polis İdarəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib. |
Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatı | |
30 10 2019 Xəbər verildiyi kimi, Demokratik Qüvvələrin Milli Şurası adlandırılan quruma daxil olan partiya və birliklər, o cümlədən özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli tərəfindən oktyabrın 19-da “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nümayişkəranə və kobud şəkildə pozularaq Bakı metropoliteninin “28 May” stansiyasının önündə nəqliyyatın hərəkətinin iflic olmasına, ətrafdakı insanların haqlı narazılığına, ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iş rejiminin və bütövlükdə ictimai asayişin pozulmasına səbəb olan qanunsuz aksiya keçirilməsinin və təxribat xarakterli digər əməllərin qarşısı alınaraq 60 şəxs barəsində inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülmüşdür. |
Bakı Şəhər Baş Polis İdarəsindən | |
30 10 2019 Oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oktay Güləliyev vurulmuşdur. |
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərinin məlumatı | |
26 10 2019 Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb. |
Vətəndaşların nəzərinə | |
24 10 2019 Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2019-cu il oktyabr ayının 31-də Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərinin Gəncə ŞBPİ-də qəbulunun keçirilməsi nəzərdə tutulmuşdur. |
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı | |
22 10 2019 Oktyabrın 22-də Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasını bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların paytaxtın polis orqanlarında vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib. |
Bakı Şəhər Baş Polis İdarəsindən | |
19 10 2019 Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri 2019-cu il oktyabr ayının 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. |
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq: “İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq” | |
17 10 2019 Son günlər sosial şəbəkələr üzərindən özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklər, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli, həmin qurumun rəhbərliyində təmsil olunan şəxslər, habelə əvvəllər müxtəlif cinayətlər törətməklə saxta yollarla xarici ölkələrdə sığınacaq almış sosial şəbəkə istifadəçiləri tərəfindən oktyabrın 19-da “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq Bakı metropoliteninin “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə çağırışlar edilmişdir. |