Ölçü:
“Türk Şəhidliyi” abidəsi ziyarət olundu | |
![]() | 15 09 2020 Bakı şəhərinin işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar bu gün – sentyabrın 15-də ərazidə xidmətdə olan bir qrup polis əməkdaşı və Daxili Qoşunların hərbi qulluqçuları Şəhidlər Xiyabanındakı Türk Şəhidliyini ziyarət ediblər. |
Bakı Şəhər Baş Polis İdarəsindən | |
09 09 2020 Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd etmişdir. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən | |
01 09 2020 Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib. |
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən | |
31 08 2020 Bu il Aşura mərasimi də xüsusi karantin rejimi dövrünə təsadüf etdiyindən vətəndaşlarımız məsələyə anlayışla yanaşaraq Operativ Qərargah tərəfindən müəyyən edilmiş məhdudiyyətlərə bütövlükdə əməl etmişlər. Yalnız bir neçə şəhər və rayonda insanların yoluxma riskini dəfələrlə artıran toplaşmağa cəhdlər qeydə alınmışdır ki, görülmüş tədbirlərlə həmin pozuntuların qarşısı alınmışdır. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən | |
29 08 2020 Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bərdə şəhərində ictimai-asayişi kobud sürətdə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olmaqla ciddi qanun-pozuntularına yol verən şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib. |
Sumqayıtda polislər tərəfindən COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə reyd keçirilib | |
28 08 2020 Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki ictimai-iaşə obyektləri, marketlər, apteklər və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib. |
Sosial şəbəkələrdə yayılmış görüntülər DİN tərəfindən araşdırıldı | |
28 08 2020 Ölkədə tətbiq olunan karantin rejimi qaydalarına zidd olaraq paytaxt ərazisində yerləşən“Hollywood” restoranında məclis təşkil edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər DİN tərəfindən nəzarətə götürülmüşdür. |
Sanitariya-gigiyena qaydalarını pozan şəxs cərimələnib | |
27 08 2020 Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı şəhəri ərazisində mütəmadi olaraq reydlər keçirirlər. |
Karantin qaydalarını pozaraq toy məclisi keçirənlər məsuliyyətə cəlb olundular | |
27 08 2020 Paytaxtda mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsinin ölkədə tətbiq olunan karantin qaydalarını pozaraq Səbail rayonunda yerləşən “Sea Bay” restoranında toy məclisinin keçirilməsilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər DİN tərəfindən nəzarətə alınıb. |