DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılmışdır

24.01.2021

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-dən 23-dək olan müddətdə Hövsan qəsəbəsi ərazisindəki evlərin birindən 1424 manat dəyərində təmir-tikinti alətləri, bir şadlıq sarayından 860 manat dəyərində, bir yardımçı otaqdan isə 4000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılmışdır.