DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Hacıqabul şəhər sakini İ.Soltanov saxlanılmışdır

21.01.2021

Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-dən 18-dək olan müddətdə şəhər ərazisindəki evlərin birindən 15.000 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Soltanov saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanmışdır.

21.01.2021 tarixinə olan kriminal məlumatlar