DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Şəmkir şəhəri R.Rəhimov küçəsində “Mercedes” və “QAZ-3129” markalı avtomobillər toqquşmuşdur

25.11.2020

Noyabrın 25-də saat 15 radələrində Şəmkir şəhəri R.Rəhimov küçəsində rayon sakinləri M.İbrahimovun idarə etdiyi “Mercedes” və Mais Hüseynovun idarə etdiyi “QAZ-3129” markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər iki sürücü və M.Hüseynovun sərnişini xəstəxanaya yerləşdirilmiş, M.Hüseynov orada ölmüşdür.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.