DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılmışdır

19.10.2020

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüşdür.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılmışdır.