DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakinləri Z.Fərəcov, M.Fərziyev, B.Kəliyev, N.Şıxəliyev və T.Zeynalov Lənkəran şəhəri ərazisində saxlanılmışlar

19.10.2020

Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri Z.Fərəcov, M.Fərziyev, B.Kəliyev, N.Şıxəliyev və T.Zeynalov Lənkəran şəhəri ərazisində saxlanılmışlar.
T.Zeynalovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan Z.Fərəcova və M.Fərziyevə məxsus 3 kiloqram 575 qram heroin, 3 kiloqram 135 qram metamfetamin və 1 kiloqram 828 qram marixuana aşkar edilərək götürülmüşdür.