DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

12.07.2018

İyulun 12-də saat 8 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Rövşən Əliyev Bakı şəhəri istiqamətində idarə etdiyi “Mercedes” markalı yük avtomobilini qarşıda gedən Neftçala rayon sakini Cəlal Babayevin 149 saylı xətt üzrə idarə etdiyi “Deltabus” markalı sərnişin avtobusuna vurmuşdur.

Nəticədə C.Babayevin sərnişinlərindən Bakı şəhər sakini Nəzakət Gülmalıyeva hadisə yerində ölmüş, digər 10 sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.