DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Adil İsmayılov tapdığı 2 ədəd “AKS” markalı silahı, 7 ədəd patron darağını və 219 ədəd patronu təhvil vermişdir

11.07.2018

İyulun 10-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Adil İsmayılov evinin həyətindəki yardımçı otaqda təmir işləri apararkən tapdığı - divarın içərisində hərbi paltara bükülərək gizlədilmiş 2 ədəd “AKS” markalı  silahı, 7 ədəd patron darağını və 219 ədəd patronu 4-cü Polis Şöbəsinə təhvil vermişdir.