DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonu Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

08.07.2018

İyulun 8-də saat 22 radələrində Abşeron rayonu Novxanı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Rasim Cəfərov vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Moskviç” markalı avtomobilin sürücüsü, kənd sakini Nurlan Müseyibov saxlanılmışdır.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

08.07.2018 tarixinə olan kriminal məlumatlar