DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Goranboy rayonunun Nizamikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi

05.07.2018

İyulun 5-də saat 15 radələrində Goranboy rayonunun Nizamikənd kəndi ərazisində Şadılı kənd sakini Vüsal Bayramov idarə etdiyi “VAZ-21011” markalı avtomobili qarşıda gedən Cəmil Talıbovun idarə etdiyi “Suzuki” markalı avtomobilə vurmuşdur. Nəticədə C.Talıbovun sərnişinlərindən - arvadı Aidə Abdullayeva hadisə yerində ölmüş, digər sərnişini oğlu Rauf, habelə V.Bayramov və sərnişini həmkəndlisi Əlikram Sadıqov xəstəxanaya yerləşdirilmişlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.