DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 119 cinayət faktı qeydə alınmışdır

04.07.2018

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 119 cinayət faktı qeydə alınmış, onların da 14-ü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur. 
  • Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 12 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılmışdır.