Gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır | |
24 yanvar 2021 Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır.
|
Zaqatala rayonunun Muxax kəndi ərazisində yol-nəqliyyat hadisəsi | |
24 yanvar 2021 Yanvarın 24-də saat 19 radələrində Zaqatala rayonunun Muxax kəndi ərazisində Aşağı Tala kənd sakini A.Musayev idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür. |
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Mirzəxanov saxlanılmışdır | |
24 yanvar 2021 Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-dən 17-dək olan müddətdə rayon ərazisindəki bir həyətyanı sahədən məişət əşyaları və bir avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Mirzəxanov saxlanılmışdır. |
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Qazıyev və Ö.Musayev saxlanılmışlar | |
24 yanvar 2021 Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 5-də rayon ərazisindəki evlərin birindən 2640 manat dəyərində müxtəlif əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Qazıyev və Ö.Musayev saxlanılmışlar. |
Zabrat qəsəbəsində yaşayan A.Mirzəyevin evinə baxış zamanı oradan narkotik vasitə və odlu silah aşkar edilərək götürülümşdür | |
24 yanvar 2021 Sabunçu RPİ 15-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Zabrat qəsəbəsi Nizami küçəsində yaşayan A.Mirzəyevin evinə baxış zamanı oradan 28 qrama yaxın heroin, 20 qramdan artıq metamfetamin, 4 qrama yaxın tiryək, 1 ədəd “Mauzer” markalı tapança və 1 ədəd “AK-47” markalı təlim silahı patron darağı ilə birgə aşkar edilərək götürülmüşdür. |
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılmışdır | |
24 yanvar 2021 Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-dən 23-dək olan müddətdə Hövsan qəsəbəsi ərazisindəki evlərin birindən 1424 manat dəyərində təmir-tikinti alətləri, bir şadlıq sarayından 860 manat dəyərində, bir yardımçı otaqdan isə 4000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılmışdır. |
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Qocayev və C.Abdullayev saxlanılmışlar | |
24 yanvar 2021 Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Qocayev və C.Abdullayev saxlanılmışlar. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini A.İsmayılova ilə birgə Əmircan qəsəbəsi ərazisindəki Baytarlıq idarəsindən 567 manat dəyərində dərman preparatları, təmir-tikinti alətləri, 5 həyətyanı sahədən isə su mühərriki, velosiped, kombi və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir. Davam etdirilən tədbirlərlə A.İsmayılova da polis əməkdaşları tərəfindən saxlanılmışdır. |
Oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini R.Sadıxov saxlanılmışdır | |
24 yanvar 2021 Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki iki evdən ümumilikdə 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Sadıxov saxlanılmışdır. |
Oğurluqda şübhəli bilinən Bərdə şəhər sakini V.Bəndəliyev saxlanılmışdır | |
24 yanvar 2021 Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 10-da rayon ərazisindəki mağazaların birindən 1500 manat dəyərində danışıq kartı, spirtli içki, meyvə şirəsi və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Bəndəliyev saxlanılmışdır. |
Oğurluqda şübhəli bilinən Salyan şəhər sakinləri K.Salahov və S.Quliyev saxlanılmışlar | |
24 yanvar 2021 Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də rayon ərazisindəki restoranların birindən 3000 manat dəyərində 2 ədəd televizor oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - K.Salahov və S.Quliyev saxlanılmışlar. |