Aprelin 6-da və 7-də ümumi çəkisi 35,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
07.04.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 6-da və 7-də ümumi çəkisi 35,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,6 kiloqramdan artıq heroin, 27 kiloqramdan çox marixuana, 4 kiloqrama yaxın metamfetamin və tiryək, olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.