Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Maaş artımı barədə məlumat |
| 05 oktyabr 2019 12:39Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1257 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılmışdır. |
Cinayətkarlıqla mübarizəyə bütün ictimaiyyət cəlb olunub |
| 22 sentyabr 2012 00:00 Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və hüquq-mühafizə orqanlarının fəaliyyəti, birgə səmərəli fəaliyyəti nəticəsində cinayətkarlıqla mübarizədə və ictimai asayişin təminində mühüm uğurlar qazanılmış, daxili sabitlik, insan və vətəndaş hüquq və azadlıqları nümunəvi təmin olunmuşdur. |
Kütləvi informasiya vasitələrinin nəzərinə |
| 05 aprel 2012 00:00 Cari il martın 1-də Quba şəhərində baş vermiş məlum hadisələrin təfərrüatları ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq rəsmi məlumatların verilməsinə baxmayaraq, son günlər bəzi kütləvi informasiya vasitələrində qeyri-rəsmi mənbələrə istinad edilməklə, hadisələrin əsl mahiyyətini təhrif etmək, ictimaiyyətin fikrini yayındırmaq və istintaqın gedişinə mane olmaq məqsədi güdən, obyektiv reallığı əks etdirməyən qərəzli informasiyalar verilməkdədir. |
Cinayətlərin böyük əksəriyyəti vətəndaşların fəal iştirakı ilə açılır - REPLİKA |
| 15 iyun 2011 00:00 Son illər daxili işlər orqanlarında uğurla həyata keçirilən islahatların və struktur dəyişikliklərin əsas istiqamətlərindən biri məhz cinayətlərin qarşısının vaxtında alınması, onları doğuran səbəblərin öyrənilib aradan qaldırılması, bu sahədə mövcud olan problemlərin həllidir. Profilaktik işin ən effektli yollarından biri isə polisin əhali ilə sıx təmasda və cəmiyyətin içində olması, onun fəal təbəqəsi ilə birgə insanlara yardım göstərməsi, məqsədyönlü və sistemli şəkildə əhali arasında maarifləndirmə tədbirləri keçirməsidir. |