Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış paytaxt sakini Məmməd Nəsirov yerləşdirildiyi xəstəxanada ölmüşdür
16.03.2018Martın 15-də saat 21 radələrində Xətai rayonunun Neapol küçəsində Bakı şəhər sakini Heydər Cəfərxanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Məmməd Nəsirovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş M.Nəsirov martın 16-da orada ölmüşdür.
Xətai RPİ tərəfindən araşdırma aparılır.