Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
10.01.2018Yanvarın 10-da saat 20 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Tərlan Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Elçin Məmmədovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.