DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçırmaqda şübhəli bilinən paytaxt sakini Saməddin Əliyev saxlanılılb

09.11.2017

Noyabrın 8-də saat 21 radələrində Xəzər rayonunun Binə qəsəbəsindən qəsəbə sakini Ceyhun Mirzəyevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Bakı şəhər BPİ DYPİ və Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 22 radələrində Sabunçu rayonu ərazisində müəyyən edilərək saxlanılıb və onu idarə edən paytaxt sakini Saməddin Əliyev 1-ci Polis Bölməsinə gətirilib.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.