Saatlı rayonunun Xanlarkənd kənd sakini Nəriman Soltanova məxsus fermadan 2 baş qoyun oğurlanıb
20.09.2017Sentyabrın 19-da Saatlı rayonunun Xanlarkənd kənd sakini Nəriman Soltanova məxsus fermadan 2 baş qoyun oğurlanıb.
Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həmin gün Şirvan şəhəri ərazisində içərisində 2 baş qoyun olan “VAZ-2107” markalı avtomobil saxlanılıb. Sürücü - Şirvan şəhər sakini Ramil Abbasov, sərnişinləri Sabirabad rayon sakinləri Hacı Əmiraslanov və Tural Əmiraslanov qeyd edilən qoyunları N.Soltanova məxsus femadan oğurlamalarını etiraf ediblər.