Ağcabədi rayonunun Taynaq kəndində yol-nəqliyyat hadisəsi
19.01.2017Yanvarın 19-da saat 21 radələrində Ağcabədi rayonunun Taynaq kəndində rayon sakini Səfiqulu Əliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobili qarşıdan gələn Ağdam rayon sakini Cavanşir Bayramovun idarə etdiyi “Belarus MTZ-89” markalı traktorun qoşqusuna vurub. Nəticədə S.Əliyev və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.