DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ağstafa rayon sakini A.Kazımov ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açdığı atəşlə ayağına xəsarət yetirmişdir

11.01.2017

Yanvarın 11-də Ağstafa rayon sakini Aqil Kazımov rayonun Düz Qışlaq kəndində ov edərkən ehtiyatsızlığı nəticəsində açdığı atəşlə ayağına xəsarət yetirmiş və o, xəstəxanaya yerləşdirilmişdir.

Ağstafa RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi götürülmüşdür.

Araşdırma aparılır.

11.01.2017 tarixinə olan kriminal məlumatlar