DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

21.03.2018

Martın 21-də saat 3 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Fərhad Rüstəmov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Yevlax rayon sakini Nəcəf Niqmətullayevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.