DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Göygöl rayonunun Hacıməlik kəndi ərazisində yol-nəqliyyat hadisəsi

20.03.2018

Martın 20-də saat 4 radələrində Göygöl rayonunun Hacıməlik kəndi ərazisində Moldova vətəndaşı Codrean İvan idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Nətəcədə  sürücü və sərnişini, qardaşı Codrean Vasile hadisə yerində ölmüşlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.