DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluğu törətməkdə şübhəli bilinənlərdən biri - Daşkəsən rayon sakini Şahin İsayev saxlanılmışdır

17.03.2018

Martın 17-də Nizami rayonu ərazisində yerləşən klubların birində 3 naməlum şəxs Bakı şəhər sakini N.Qafarovanın içərisində 480 manat və sənədlər olan pulqabısını açıq talama yolu ilə alıb hadisə yerini tərk etmişlər.
24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlərdən biri - Daşkəsən rayon sakini Şahin İsayev saxlanılmışdır. 

Nizami RPİ tərəfindən araşdırma aparılır.