DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini Aslan Abdullayev avtomobillə birgə saxlanılmışdır

17.03.2018

Martın 16-da Yasamal rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən Bakı şəhər sakini Azər Kazımova məxsus “Honda” markalı avtomobil qaçırılmışdır.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər BPİ, Nizami RPİ 25-ci PB və Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini Aslan Abdullayev avtomobillə birgə Q.Qarayev prospektində saxlanılmışdır.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.