DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sabirabad rayonu ərazisindəki qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

16.03.2018

Sabirabad Rayon Polis Şöbəsinə rayonun Kürkəndi kəndi ərazisindəki qəbiristanlıqda qəbirlərin kənarına quraşdırılan alüminiumdan olan çəpərlərin bəzək əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Sabirabad şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Mircabbar Miriyev, Yusif Əzizov və Əli Şirinov olduqları müəyyən edilib.  

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

16.03.2018 tarixinə olan kriminal məlumatlar