DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Avtomobillərdən oğurluq edən dəstə üzvləri saxlanılıb

16.03.2018

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də və 26-da şəhər sakinləri Hafiz Mansurovun mobil telefonunu və Akif Qurbanovun “VAZ-21013” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Mayıl Həsənov saxlanılmışdır.

Ətrafında aparılmış tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb və bu əməlləri birlikdə törətdiyi digər 2 nəfər də müəyyənləşdirilib. Görülmüş tədbirlərlə şəhər sakinləri Nicat Cəlilov və Möhsüm Tağıyev də saxlanılıblar.

Araşdırmalarla onların cari ilin fevral ayından mart ayının 12-dək olan müddətdə şəhər ərazisində 17 avtomobildən akkumulyator, maqnitofon və mobil telefon oğurlamaları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. 

16.03.2018 tarixinə olan kriminal məlumatlar