DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Paytaxtın Nizami rayonu ərazisində idarə etdiyi avtomobillə yolu keçən piyadanı vurmaqda şübhəli bilinən sürücü R.Talıbzadə saxlanılmışdır

14.03.2018

Martın 13-də saat 23 radələrində paytaxtın Nizami rayonunun M.Şərifli küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Tofiq Sarıyev vurulmuşdur. T.Sarıyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini  Ruslan Talıbzadə saxlanılmışdır.  

Nizami RPİ tərəfindən araşdırma aparılır.